18.07.2019

Oğru millət erməni Yaponiyada balabanı «erməni aləti» kimi təbliğ edir — FOTO

Ermənilər Azərbaycan musiqisi və balabanla bağlı saxtakarlığa bu dəfə yaponları cəlb ediblər.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, sosial şəbəkədə yapon Kento Sudzuki və Yasutka Taruminin balabanla ifası yayılıb. Onlar “Şur” müğamının ladında müəyyən gəzişmələr ediblər.

Ermənilər bunu “Dili yaman” (“Dle yaman”) erməni xalq mahnısı kimi təqdim etməklə bu dəfə yapon musiqiçiləri saxtakarlıqlarının iştirakçısına çeviriblər.

Balaban ifaçısı Kento Sudzuki cari il iyunun əvvəlində Ermənistanda keçirilən “Yeni adlar” XI beynəlxalq yeniyetmə ifaçılar festivalında iştirak edib.

Yapon balabançının ifasına münasibət bildirən mütəxəssislər bildiriblər ki, ermənilər yenə də Azərbaycan musiqisi və balabanı ilə bağlı saxtakarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, Kento Sudzuki “Şur” muğamını çalmağa səy göstərib: “Onun balabanda ifa etməsi yaxşı hadisədir. Ancaq o, bu nəfəs alətində mükəmməl ifa etmək üçün Azərbaycan musiqisini öyrənməlidir. Əks halda, ermənilər özünküləşdirdikləri Azərbaycan musiqisini ona öyrədəcəklər. Bu da yarımçıq olacaq. Başqa sözlə, balabandan çıxan nəfəs musiqiyə deyil, onun şarjına oxşayacaq. Kento Sudzukinin erməni mahnısı adı ilə bu ifası da yarımçıq musiqidir”.

Mənbə report.az


Digər xəbərlər


Yeni Ombudsman bu 3 şəxsdən biri olacaq - ADLAR

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlər irəli sürülüb.Sabah — noyabrın 22-də parlamentin İnsan hüquq...

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

Azərbaycanda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Bunu jurnalist...

İlham Əliyevdən Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev noyabrın 22-də “Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərənca...

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə,...