16.07.2019

Onlar müstəqil cümhuriyyət naminə erməni terrorçuları tərəfindən vəhşicəsinə öldürüldü

XX əsrin əvvəllərində ermənilər öz dövlətçiliyini elan etməyə qərar verəndə dünyanın fərqli şəhərlərində bu millətin əsl mahiyyətini bilən şəxslər sözügedən fikrə qətiyyətlə qarşı çıxdı.

Bu ideyaya qarşı çıxan hər kəs erməni terrorçularının “qara siyahı”sına düşüb.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məlumatlarına əsasən, Azərbaycan ərazilərində erməni dövləti yaradılması fikrinə qarşı çıxanlardan biri də o dövrdə Azərbaycanın Baş naziri olmuş Fətəli xan Xoyski olub.

1920-ci ilin 19 iyununda Xoyski Tiflisdə vəhşicəsinə qətlə yetirilib. Toplanan bütün sübutlar cinayətin erməni terrorçuları tərəfindən törədildiyini göstərib. Eyni vaxtda Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması ideyasına qarşı çıxan daha bir şəxs – Azərbaycanın keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov da yaralanır. Qətl Daşnaksütyun Partiyasının üzvləri tərəfindən planlaşdırılır və icra edilir.

Bir ay sonra erməni terrorçuları onların Azərbaycan torpaqlarında dövlət yaratmaq arzusunun daha bir əleyhdarını qətlə yetirir. 1920-ci ilin 19 iyulunda Azərbaycan parlamenti sədrinin müavini Həsən bəy Ağayev öldürülür.

Bir il sonra isə — 1921-ci ilin 18 iyulunda erməni qatil İstanbulda erməni dövlətçiliyi ideyasına qarşı çıxan son natiqlərdən sayılan Azərbaycanın Daxili İşlər naziri olmuş Behbud xan Cavanşiri qətlə yetirir. Behbud xan İstanbulda “Pera Palas” otelinin qarşısında “Nemezis” terror əməliyyatında öldürülür. Qatil Misak Torlakyan adlı ermənidir. Əməliyyatın digər iştirakçıları isə Ervand Fundukyan və Arutyun Arutyunyan olur. Ervand və Arutyuna Behbud xanı izləmək, Misaka isə onu qətlə yetirmək tapşırılır.

Qurbanını izləyən qatil bir neçə gün otelin qarşısında keşik çəkir. Nəhayət 18 iyul axşamı Behbud xan otelə gəlir. 5 nəfərin əhatəsində (aralarında həyat yoldaşı Tamara və qardaşları Cümşüd və Surxay da var) avtomobildən enən Behbud xan parkda gəzişməyə başlayır. Behbud xana yaxınlaşan Misak nişan alaraq atəş açır. Güllə Behbud xanı sıyırıb keçir, o, qatilin biləyindən tutmağa müvəffəq olur. Lakin qatil Behbud xanın sinəsinə iki dəfə atəş açır, xəstəxanaya çatdırılsa da, keçmiş nazirin həyatını xilas etmək mümkün olmur. Ölümündən əvvəl Behbud xan bu sözləri deyir: “Mənim şəxsi düşmənim yoxdur, məni ermənilər öldürüb”.

Torlakyan həbs edilir. Onu “dəhşətli” məhkəmə gözləyir. Oktyabrda tribunal Torlakyanı qətldə günahkar bilir, lakin onun “affekt vəziyyətində olduğu üçün” hərəkətlərinə görə məsuliyyət daşımadığı qeyd edilir. Belə ki, müttəhimi yoxlamadan keçirən professor-nevroloq erməni əsilli olur. Daha sonra Torlakyan Yunanıstana göndərilir, buraya gələn kimi azad edilən qatil 10 ay sonra ABŞ-a yollanır.

19 iyunda Fətəli xan Xoyskinin qətlindən 99 il ötür, 18 iyulda Behbud xanın vəhşicəsinə öldürülməsinin tam 98 ili tamam olur, bir gün sonra — iyulun 19-da Həsən bəy Ağaoğlunun öldürülməsindən tam 99 il geridə qalır. Rəqəmlərə diqqət yetirin. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) arxivlərində “1920-ci illərdə erməni terrorçuları və ya 3 təəccüblü dəqiq qətl” adlı sənəd əbəs yerə saxlanılmayıb. Burada həmin illərin hadisələri dəqiqliklə təsvir edilib. Yəqin ki, buradakı “təəccüblü” sözü bu 3 vəhşi qətli bir-birinə bağlayan rəqəmlərin magiyasına görə yazılıb.

Mənbə axar.az


Digər xəbərlər


Ərdoğan ABŞ senatorlarını susdurdu: “Kürdlər başqa, terrorçular başqadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ABŞ-da səfərdə olan rəsmi heyət prezident Donald Trampın verdiyi işgüzar yemək masasından sonra...

Ərdoğan Trampın "hədə məktubu"nu lazımlı formada özünə qaytardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb. O, bunu Vaşinqtondakı danışıqlar zaman...

Bu dəfə də ABŞ Suriyaya girdi

ABŞ hərbçiləri İraqdan Suriya ərazisində daxil olub. ABŞ hərbçilərinin Əl-Cibsah neft yataqlarının yaxınlığında mövqe tutduğu bildirilib. 24 zi...

Trampdan Ərdoğana dodaq uçuqladan məbləğdə saziş TƏKLİFİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq tica...