01.07.2019

OPEC neft hasilatının azaldılması üzrə razılaşmanı artırmaq niyyətindədir

Bu həftə OPEC və müttəfiqlər tərəfindən neft hasilatının azaldılması razılaşmasının uzadılması gözlənilir. İran da öz tərəfindən razılaşmanın uzadılmasının tərəfdarıdır. Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

İranın neft naziri Bijan Zəngənə sözlərinə görə, o razılaşmanın 6-9 ay uzadılması təklifini dəstəkləyəcək.

«Bu, çox asan bir görüş olacaq, çünki mənim mövqeyim çox aydındır», — deyə B. Zəngənə qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın aşıqlamasına görə, Rusiya ilə Səudiyyə Ərəbistan neft hasilatının azaldılmasına dair müqavilənin altı aydan doqquz aya qədər uzadılması barədə razılığı artıq əldə ediblər.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Dünən razılaşmanın vaxtı bitib.

Bu gün Vyanada OPEC ölkələrinin iclası iyulun keçiriləcək. Qeyri-OPEC ölkələrin görüşü isə iyulun 2-də baş tutacaq. Görüş zamanı  tərəflər OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadıb-uzadmaması barədə bir qərara gəlməlidirlər.

Mənbə apa.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...