10.07.2019

Peskov Gürcüstanla olan hava nəqliyyatı bərpasının hələ ki mümkünsüzlüyünü bildirdi

“Kremldə əmindirlər ki, gec-tez Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı bərpa olunacaq”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatının bərpa olunmasından danışmaq hələ tezdir: “Əlbəttə ki, uçuşların bərpa olunmasını istisna etmək olmaz. Ümid edirik ki, gec-tez bu baş verəcək.

Lakin indi bu haqda danışmaq tezdir. Çünki, Gürcüstanda rusiyalılar üçün təhlükə qalmaqdadır”.

Kremlin sözçüsü Gürcüstana uçuşların qadağan edilməsinin tamamilə məcburi olduğunu da vurğulayıb: “Ölkədə vəziyyət daim monitorinq olunur. Oradakı vəziyyətin normallaşmasına dair əlamətlər yaranan kimi, bunu analiz etməyə və müvafiq qərarlar qəbul etməyə vaxt olacaq. Hələlik isə bu barədə danışmaq tezdir”.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.
Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.
Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.
Rusiya Dövlət Duması hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılması və müvafiq təklifin prezidentə təqdim edilməsini tövsiyə edib.

Mənbə moderator.az


Digər xəbərlər


Erməni qatil Qarabağla bağlı etiraf etdi - Video

Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etira...

Ərdoğan sanksiyalara meydan oxudu

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkü...

Ərdoğan “Barış pınarı”nı bitirmək üçün şərt qoydu

“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgü...

ABŞ-dan İrana hücum!

ABŞ İrana qarşı sentyabrın sonunda gizli kiberəməliyyat həyata keçirib. Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, hücum Səudiyyə Ərəbis...