19.07.2019

Porno izləyənlər! Facebook ilə Google həmin saytların istifadəçilərini izləyirlər

 Facebook və Google kimi böyük IT şirkətlər porno saytların istifadəçilərini izləyirlər. Bu izlənmə prosesi hətta istifadəçilərin inkognito rejimində olduqları zaman da reallaşdırılır. Bu barədə məlumat ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları tərəfindən aparılmış tədqiqatda bildirilib. Bu barədə Rusbase saytı xəbər verib. Alimlər böyüklər üçün kontentləri özlərində birləşdirən 22.484 saytı analiz edəndən sonra belə nəticəyə gəliblər ki, həmin saytların 93%-i istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür.

Bu məlumatların böyük bir hissəsi cookies vasitəsilə göndərilir. Tədqiqat çərçivəsində məlum olub ki, Google şirkəti (və ya onun strukturuna daxil olan digər bir şirkət, məsələn DoubleClick reklam platforması) porno saytların 74%-ni izləyir. Sistem əməliyyatı istehsalçısı olan Oracle şirkəti həmin saytların 24%-ni, Facebook şirkəti isə 10%-ni izləyir. Bununla belə Facebook öz platformalarında pornoqrafik xarakterli kontentlərin yerləşdirilməsini qadağan edir.

Mütəxəssislər qeyd ediblər ki, analiz edilmiş 22.484 saytın yalnız 17%-i şifrələnmiş vəziyyətdədir. Bu isə o deməkdir ki, istifadəçilərin məlumatları kiberhücumlar üçün yaxşı səbəb ola bilər. Google ilə Facebook-un bu cür konfidensial məlumatları hansı səbəblə yığdıqları hələki aydın deyil. Şirkətlər porno saytlardan yığılmış məlumatların marketinq məqsədləri üçün istifadə edilməsi iddiasını təkzib ediblər. Bununla belə əgər əldə olunmuş məlumatlar texniki cəhətdən anonimdirlərsə və marketinq məqsədləri üçün istifadə olunmurlarsa da onlar şirkətlərin serverlərinə keçə bilərlər.

Mənbə technote.az


Digər xəbərlər


İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz. Publika.az xəbər verir ki, ABŞ-ın N...

Paytaxtda iki marşrut xətti üzrə avtobuslar yeniləri ilə əvəzləndi

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vas...

Marağa məntəqəsində olan kəndlərdən əhali boşaldılır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisi...

Azərbaycan-Rusiya sərhədindəki körpünün açılacağı vaxt bəlli oldu

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərindən keçən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarına planlaşdırılır. ...