17.07.2019

Portuqaliya da İrandan üz çevirdi — Viza verilişi dayandırıldı

İyulun 16-da ölkə parlamentində çıxış edən Portuqaliyanın xarici işlər naziri Aqusto Santos Silva bu ölkəyə səfər edən İran vətəndaşlarına viza verilməsi prosesinin dayandırılmasından danışıb.

İranlılara viza verilməsinin dayandırılmasının bəzi təhlükəsizlik məsələlərlə əlaqədar olduğunu bildirən Aqusto Santos Silva deyib ki, o məhdudiyyət müvəqqəti xarakter daşıyır: “Bəzi təhlükəsizlik səbəblərə görə İran vətəndaşlarına viza verilməsinin dayandırılmasına qərar verilib. Lakin bu qərarın Tehranla Lissabon arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur. Ümid edirəm ki, bu məhdudiyyət qarşıdan gələn üç həftədə aradacn qaldırılacaq” –deyə Portuqaliyanın xarici işlər naziri Aqusto Santos Silva vurğulayıb.

O, iranlılara viza verilməsinin dayandırılmasının digər detallarını açıqlamayıb.

Xatırladaq ki, Portuqaliyanın Tehrandakı səfirliyi bu ilin mart ayında iranlılara viza verilməsi prosesini məhdudlaşdırmağa başlayıb. Poruqaliya hökumətinin bu qərarı isə, səfirliyin İran vətəndaşı olan bir işçisinin küçədə motosiklet sürən iki naməlum silahlı şəxsin hücumuna məruz qalaraq yaralanmasından iki həftə sonraya təsadüf edib.

Mənbə gunaz.tv


Digər xəbərlər


Dünya universitetlərinin reytinqi bəlli oldu

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildə...

Neftçilər metrosu ətrafındakı tıxac nə zaman bitəcək?

Vaqif Əsədov: “Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirl...

Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...