05.07.2019

“Qarabağ Dövlət” və “Şuşa Texnologiya Universitet”lərindən məzun olan tələbələrə təntənəli diplom təqdimetmə mərasimi keçirilib

Qarabağı görməmiş gənc nəsillərimizə bizim haqqımızda belə demək qismət olacaqmı?..Ermənilər cəsarəti Rusiya, Amerika, Fransa və başqa xristian ölkələrindən alır; bəs müsəlman sayılan bizlər Allahdan niyə cəsarət ala bilmirik?

Dünən –iyulun 4-də  Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı sayılan Bako Saakyan ad-soyadlı adamabənzər məxluqun Xankəndidəki iqamətgahında “Qarabağ dövlət” və “Şuşa texnologiya universitet”lərindən məzun olan tələbələrə təntənəli diplom təqdimetmə  mərasimi keçirilib. 

Bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

“Siz də atalarınız və babalarınız kimi güclü və cəsur olun. Onlar müstəqilliyimizi elan etdilər  və ona nail oldular, siz isə onu gücləndirməli və möhkəmləndirməlisiniz” – Azərbaycan torpaqlarında böyüyüb təhsil almış erməni  məzun gəncləri təbrik edən və onlara uğurlar arzulayan separatçı lider belə deyib»…

P.S. Bəs Qarabağı tezliklə azad edə bilməsək,  o torpaqları görməmiş sabahkı gənc  nəsillərə biz ata-babaları haqqında nə deyiləcək?..P.P.S. Məlumdur ki, ermənilərə cəsarət verən Rusiya, Amerika, Fransa və başqa xristian ölkələri, eləcə də digər dini-imanı bəlli olmayan, “müsəlman” adı altında gizlənənlərdir. Bəs müsəlman sayılan bizlər Allahdan niyə cəsarət ala bilmirik?..

Mənbə moderator.az


Digər xəbərlər


Küləkli hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa...

Yeni kanal yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. «Kanal5″dən verilən məlumata görə, maraqlı verilişlər, reportajlar, müz...

Günəşin ətrafında UNO göründü - Video

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.“Utro.ru” xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.Naməlum obyekt günəşin yaxın...

Erməni kilsəsi Aysor kilsəsini ələ keçirir

Erməni kilsəsinin tarixi ilə az-çox maraqlanan insanlar bilir ki, Erməni kilsəsi tarix boyu ekspansionist siyasət yeridib. Bu gün də bu siyasət davam...