12.07.2019

Regionlara işləməyə gedən həkimlərə əlavə ödənişlər olunacaq

İcbari tibbi sığortanın rayonlarda da tətbiqi üçün dövlət agentliyi tərəfindən işlərə başlanılıb

«Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik. Bunun üçün həmin həkimlərə əlavə müəyyən paketlərin verilməsi, əməkhaqqında müəyyən fərqlərin olması ilə bağlı təklifləri müzakirə edirik». Bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Qeyd edək ki,  icbari tibbi sığortanın 2020-ci ilin yanvarın 1-dən tətbiqi gözlənilir. Bu istiqamətdə olan əsas məqsədlərdən biri isə respublikanın digər bölgələrində olan həkim çatışmazlığı ilə bağlı problemi həll etməkdir.  Bu problemin həlli istiqamətində artıq bir neçə məsələ təklif olunub. Bu təkliflər arasında işi ilə əlaqədar həftənin bir neçə günü rayonda olan həkimlərə əlavə ödənişlərin verilməsi də yer alıb.

Mənbə sputnik.az


Digər xəbərlər


Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...

Vətəndaşların qəbulunun dayandırılması müddəti uzadılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi ...

BNA sərnişinlərə yenidən xəbərdarlıq edib

Dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəql...