10.07.2019

Rusiya və NATO görüşü üçün ən uyğun ölkənin Azərbaycan olduğu bildirildi

Valeri Gerasimovla Tod Uolters arasında iyulun 3-də telefon danışığı olub və elə həmin danışıqda onlar Bakıda görüşəcəkləri barədə razılaşıblar. Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət və Rusiya-NATO münasibətləri barədə fikir mübadiləsi aparılıb. Bu da o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır.

Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb.

“Gerasimov ilk dəfədir Bakıda Uolterslə görüşür. Bu görüşlərdən böyük nəticə əldə etmək olmaz. Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb, fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi artırmamağa xidmət edir. Bu baxımdan Bakıdakı dialoqun əhəmiyyəti böyükdür”, — təhlildə yazılıb.

Analizdə həmçinin Rusiya və NATO görüşü üçün ən uyğun ölkənin Azərbaycan olduğu qeyd edilib:

“Bu görüş üçün nə Gürcüstan, nə də Ermənistan uyğundur. Çünki NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. Həmçinin, NATO da Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Buna görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir”.

Mənbə axar.az


Digər xəbərlər


Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul...

Rusiyadan Gürcüstana şərt - Ya olum, ya ölüm

Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır Rusiya rəhbərliyi hələ də Gürcüstan vətəndaşları üçün vizanın ləğvi imkanından imtina etmir. Bu...

“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”

«Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”. Türkiyə mediasına istinadən ...

Amerikada bu dəfə bütün iranlı diplomatların hərəkətinə məhdudiyyət qoyuldu

Rəsmi Vaşinqtonun Amerikada fəaliyyət göstərən bütün iranlı diplomatlar və onların ailələrinin bu ölkədə hərəkətinə məhdudiyyətlər tətbiq etdiyi barə...