15.07.2019

Rusiyada hava limanı bağlandı

Rusiyanın Saratov Hava limanı müvəqqəti olaraq bağlanıb.

“RİA Novosti”yə istinadla xəbər verilir ki, “Yak-142” sərnişin təyyarəsi uçuş zolağından çıxıb. 

Hava limanının mətbuat katibi Yelena Kalaşnikova bildirib ki, qəza ilə bağlı Saratovdan Moskva (Şeremetyevo, Domodedovo) istiqamətinə bütün uçuşlar təxirə salınıb. 

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. 

Federal Hava Nəqliyyat Agentliyinin nümayəndəsi «İnterfax»a açılamasında qeyd edib ki, «Yak-142» təyyarəsi «UTair» aviaşirkətinə məxsusdur. Onun hidravlik sistemində nasazlıq olduğu iddia olunur.


İlkin məlumata görə, laynerdə olan yüzdən çox sərnişinin heç birinin xəsarət almadığı bildirilir. 

Qeyd edək ki, Saratov hava limanının 2,2 km. uzunluğunda olan uçuş zolağı yalnız «Yak-42» və «An-24» təyyarələrinə xidmət göstərməyə imkan verir. Bu səbəbdən də limanın avqustun 20-dən sonra bağlanacağı deyilir.

Uçuş zolağında aparılacaq konstruksiya işləri müddətində reyslər «Qaqarin» hava limanından həyata keçiriləcək.

Mənbə apa.az


Digər xəbərlər


Bakıda külək əsəcək

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (S...

Yenə meşə yanğını - Oğuzdakı yanğına iki helikopter, bir təyyarə göndərilib

Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar ...

Halsızsınızsa diqqətli olun! yeni adı bəlli olmayan xəstəlik yayılıb

«Biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər», — pediatr Vaqif Qarayev...

"Azərsu" ASC-nin su borularını oğurlayıblar

«Azərsu» ASC-nin su boruları oğurlanıb. Hadisə Qaradağ rayonunda baş verib. ASC-dən Qaradağ Rayon Polis İdarəsinə daxil olan mür...