19.07.2019

Rusiyadan Gürcüstana şərt — Ya olum, ya ölüm

Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır

Rusiya rəhbərliyi hələ də Gürcüstan vətəndaşları üçün vizanın ləğvi imkanından imtina etmir. Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin «İzvestiya»ya bildirib.

Qeyd edək ki, Rusiya və Gürcüstana arasında viza rejimi Rusiya tərəfinin təşəbbüsü ilə 2000-ci ildə tətbiq olunmağa başlayıb. 2012-ci ildə Gürcüstan Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.

«Gürcüstanla viza rejiminin ləğvi məsələsi Rusiya siyasi rəhbərliyinin nəzərində olub və nəzərindədir. Hesab edirəm ki, Tbilisinin bizim ölkəmizlə münasibətlərin normallaşdırılmasına yönələn real addımlar bu məsələni yenidən gündəliyə gətirə bilər», — Karasin qeyd edib.

Ölkələr arasında aviareyslərin bərpası məsələsinə gəldikdə isə Karasin şərtlərin aydın olduğunu bildirib: «Gürcüstanda vəziyyətin sabitləşməsi, rusofob kampaniyanın dayandırılması və Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün hər hansı bir təhdidin ləğvi. Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır».

Xatırladaq ki, iyunun 21-i Prezident Vladimir Putin iyulun 8-dən başlayaraq Rusiya aviaşirkətlərinin ölkə vətəndaşlarını Gürcüstana daşımasına qadağa qoyan fərman imzalayıb. Sənəddə, həmçinin turizm operatorları və agentlərinə Gürcüstana putyovka satışı və təşkilindən çəkinmək məsləhət görülür.

Mənbə sputnik.az


Digər xəbərlər


Qüds qırmızı xəttimizdir - Türkiyədən ABŞ və İsarilə bəyanat

Donald Trampın «Yüz ilin razılaşması» planına daha bir sərt reaksiya Türkiyədən gəlib. Gülüstan.info xəbər verir ki, Türkiyə Xarici İşlə...

Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Gülüstan.info xəbər verir ki, bu barə...

Tramp sülh razılaşması adlandırdı, fələstinlilər etiraza başladı

ABŞ prezidenti Donald Tramp «Yüz ilin razılaşması» dedi, fələstinlilər etiraz üçün küçələrə çıxdı Gülüstan.info xəbər verir ki, ABŞ prez...

Əli Əsədov Artur Rəsizadənin qərarını ləğv etdi

Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiq edib. Gülüstan.info xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Ə...