08.07.2019

Rusiyadan Gürcüstanla bağlı növbəti QADAĞA

Rusiya aviaşirkətlərinin Gürcüstana daşımalar həyata keçirməsi qadağan olunub.

Bununla bağlı Rusiya prezidenti Vladimir Putinin iyunun 21-də imzaladığı fərman bu gündən qüvvəyə minib.

Bu gündən etibarən həmçinin Rusiyanın Nəqliyyat Nazirliyinin qərarı ilə Gürcüstan aviaşirkətlərinin ölkə ərazisinə uçuşları da dayandırılıb.

Gürcüstana Rusiyanın altı – “Aeroflot”, “Ural hava yolları”, “Red Wings”, “Pobeda” və “Smartavia” aviaşirkətləri reyslər həyata keçirib. Rusiyaya isə Gürcüstanın iki “Georgian Airways” və “MyWay” aviadaşıyıcısı müntəzəm birbaşa reyslər yerinə yetirib.

Rusiyaya uçuşlara qadağa ilə əlaqədar olaraq “Georgian Airways” şirkəti Tbilisi-Moskva-Tbilisi istiqaməti əvəzinə sərnişinlərə Tbilisi-Yerevan-Moskva-Yerevan-Tbilisi marşrutu üzrə xidmət göstərəcək.  

Mənbə report.az


Digər xəbərlər


Qüds qırmızı xəttimizdir - Türkiyədən ABŞ və İsarilə bəyanat

Donald Trampın «Yüz ilin razılaşması» planına daha bir sərt reaksiya Türkiyədən gəlib. Gülüstan.info xəbər verir ki, Türkiyə Xarici İşlə...

Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Gülüstan.info xəbər verir ki, bu barə...

Tramp sülh razılaşması adlandırdı, fələstinlilər etiraza başladı

ABŞ prezidenti Donald Tramp «Yüz ilin razılaşması» dedi, fələstinlilər etiraz üçün küçələrə çıxdı Gülüstan.info xəbər verir ki, ABŞ prez...

Əli Əsədov Artur Rəsizadənin qərarını ləğv etdi

Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiq edib. Gülüstan.info xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Ə...