11.07.2019

“Səbail” və “Neftçi” üçün böyük gün — Avropa Liqasında ilk oyununu keçirəcək

Bu gün Azərbaycanın iki komandası futbol üzrə Avropa Liqasında mübarizəyə başlayacaq.

Yarışa I təsnifat mərhələsindən qoşulacaq “Səbail” və “Neftçi” ilk oyunlarını keçirəcək.

Topaz Premyer Liqasının bürünc mükafatçısı olan “Səbail” avrokuboklarda debüt edəcək. Bakı klubu ilk görüşünü evdə keçirəcək.

Paytaxt futbolçuları Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi adlamaq üçün doğma azarkeşlər önündə sərfəli nəticə qazanmalıdır. Əks halda, bir həftə sonra bakılıların işi çətin olacaq.

Avrokuboklar təcrübəsi daha zəngin olan “Neftçi” mövsümə səfərdə başlayacaq. Azərbaycanın ən titullu klubunun rəqibi də daha əlverişlidir.

Bakılılar Moldovada “Speranta” ilə üz-üzə gələcək. Vaxtilə bu ölkədə çalışan Roberto Bordinin rəqibi daha yaxşı tanıması da paytaxt klubunun lehinədir.

Oyun Moldova klubunun doğma meydanında deyil, Kişinyovda baş tutacaq. Bu amil “ağ-qaralar”ın rəqibinin daha kiçik dəstəklə qalacağı deməkdir. Bakıdan Kişinyova öz hesablarına yollanan azsaylı “Forza Neftçi” azarkeşlərinin dəstəyi Azərbaycanın vitse-çempionuna yardım olacaq.

Qeyd edək ki, hər iki komandamız cavab oyununu iyulun 18-də keçirəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya)
Baş hakim: 
Fyodor Zammit
Baş hakimin köməkçiləri: Dunkan Sultana, Teodore Zammit
Dördüncü hakim: Mario Apap
(hamısı Malta)
UEFA nümayəndəsi: Patrik Vattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Bakı. “ASCO Arena”

21:00. “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan)
Baş hakim: 
Timoti Marşall
Baş hakimin köməkçiləri: Pol Robinson, Endryu Neteri
Dördüncü hakim: Tomas Entoni Klark (hamısı Şimali İrlandiya) 
Hakim-inspektor: Gevorq Hovanisyan (Ermənistan) 
UEFA nümayəndəsi: Hanna Bordyuhova (Ukrayna) 
Kişinyov. “Zimbru” stadionu

Mənbə apa.az


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...