31.07.2019

Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı YENİ XƏBƏR

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla xəbər verilir ki, nazirlikdə fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 92,1 faiz icra olunub.

Mənbə sputnik.az


Digər xəbərlər


Yanvarın 27-nə manatın məzənnəsi

Yanvarın 27-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 27.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

McDonalds Çində filiallarını bağlayır

Çinin Uxan şəhərində yaranan və 30-a yaxın insanın ölümünə səbəb olan virus üzündən dünyanın ən böyük fəst-fud şəbəkələrindən biri olan McDonaldsı da...

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi

Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyy...

Sabahkı manatın məzənnəsi

Yanvarın 24-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 24.01.2020-ci il tarixindən etibarən rəsmi məz...