10.07.2019

Samsung Galaxy A90 flaqman smartfon barəsində yeni məlumat yayıldı

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy A90 adlı flaqman smartfon modeli üzərində çalışır. İndi isə internetdə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Bu barədə GalaxyClub saytına istinadən Gagadget saytı xəbər verib. Belə ki, GalaxyClub saytının jurnalistləri Koreyanın sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Galaxy A90 modelinin əldə edəcəyi batareyanın fotosunu aşkar ediblər. Beləliklə smartfon 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Qeyd etmək lazımdır ki, Galaxy S10 5G və Galaxy A70 modelləri də bu cür batareya həcminə sahibdirlər. Son məlumat sızıntılarına əsasən Galaxy A90 iki versiyada təqdim olunacaq. Onlardan biri SM-A908, digəri isə SM-A905 model nömrəsinə sahibdir. Bu modellərdən hər ikisinin də 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub-olunmayacağı bilinmir.

Məlumata əsasən SM-A908 modeli 6.7 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera və 5G modem ilə təchiz olunacaq. SM-A905 modeli də həmin texniki göstəricilərə sahib olacaq. Lakin onun kamera göstəriciləri fərqli olacaq. Belə ki, SM-A905 modelinin 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera ilə təchiz olunacağı güman edilir. Galaxy A90-nın satışa çıxma tarixi barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, o bu ilin sonunda təqdim olunacaq.

Mənbə technote.az


Digər xəbərlər


“Mərəndi” şərab şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Mərəndi” MMC-ni cərimə edib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. ...

“Huawei” smartfonlarının əməliyyat sistemini dəyişməyəcək

“Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb. Bunu “Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib. Onun ...

Gürcüstana ixrac olunan neft və neft məhsullarının həcmi 30% ....

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 97 245, 7 ton neft və neft məhsulları idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İ...

Paytaxtda bəzi otellər satışı dayandırdı

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb. Azərbaycan Tu...