10.07.2019

«Sumgait Technologies Park»-da VAKANSİYA

«Sumgait Technologies Park» Katiblik şöbəsinin müdiri vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Katiblik şöbəsinin işini qanunvericiliyə və müəssisənin daxili qaydalarına uyğun aparılmasını təmin etmək;
• Kargüzarlıq işinində rəhbərliyi həyata keçirmək;
• Struktur bölmələrində kargüzarlığın aparılmasına nəzarət etmək;
• Kargüzarlıq və daxili normativ sənədlərin hazırlanması işlərində İSO standartlarını tətbiq etmək;
• Müəssisənin bütün iclaslarının, görüş, toplantı və s. təşkilinə və reqlamentə uyğun aparılmasına, protokollaşdırılmasına rəhbərlik və nəzarət etmək;
• Sənədlər dövriyyəsinin icrasının düzgünlüyünə və idarə edilməsinə nəzarət etmək;
• Sənədlərin vaxtında və keyfiyyətli icrasına nəzarət etmək;
• Arxiv işinin təşkilinə, sənədlərin saxlanılması və onlardan istifadə edilməsinə rəhbərliyi həyata keçirmək;

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini sərbəst istifadəçi səviyyəsində bilmək;
• Mərkəzləşdirilmiş qaydada kargüzarlıq işini aparma bacarığı;
• Elektron sənəd dövriyyəsi proqramlarında işləmə bacarığı;
• Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilmək;
• Stressə davamlı və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Katiblik şöbəsinin müdiri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. 
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə fins.az


Digər xəbərlər


“Mərəndi” şərab şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Mərəndi” MMC-ni cərimə edib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. ...

“Huawei” smartfonlarının əməliyyat sistemini dəyişməyəcək

“Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb. Bunu “Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib. Onun ...

Gürcüstana ixrac olunan neft və neft məhsullarının həcmi 30% ....

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 97 245, 7 ton neft və neft məhsulları idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İ...

Paytaxtda bəzi otellər satışı dayandırdı

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb. Azərbaycan Tu...