31.07.2019

Telefon bazarına yeni smartfon gəlir — TikTok

Məşhur TikTok servisinin yaradıcısı olan Çinin Bytedance şirkəti rəsmi olaraq təsdiqlədi ki, o öz smartfon modelini hazırlayır. Smartfonun hazırlanması ilə isə məşhur istehsalçı məşğul olacaq. Qeyd etmək lazımdır ki, Bytedance şirkətinin fərdi smartfon modeli üzərində çalışması barəsində məlumat bir neçə müddət bundan öncə ortaya çıxmışdı.

Bu barədə Engadget saytına istinadən 4pda saytı xəbər verib. Şirkət bildirib ki, smartfonun istehsalı ilə Çinin Smartisan Technology şirkəti məşğul olacaq. Məlumata əsasən smartfon artıq 7 aydır ki, hazırlanma mərhələsindədir və onun hazırlanmasına hələ Bytedance ilə müqavilənin bağlamasından öncə start verilib.

Smartfonun texniki göstəriciləri və adı barəsində bir məlumat yoxdur.. Lakin güman etmək olar ki, sözügedən smartfona Bytedance şirkətinin məşhur TikTok servisi ilə yanaşı digər servisləri də inteqrasiya olunacaq. Həmçini smartfonun fərdi istifadəçi interfeysinə sahib olacağı da istisna deyil.

Mənbə technote.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...