04.07.2019

Tesla avtomobil satışında rekordu yenilədi

Bu ilin ikinci rübündə Tesla şirkəti öz müştərilərini 95.000-dən çox avtomobil ilə təchiz edib. Beləliklə şirkət 2018-ci ilin dördüncü rübündə təchiz edilmiş 90.000-lik avtomobil rekordunu yeniləyib. Bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Tesla şirkətinin rekord göstəricisi barəsində verilmiş xəbərin fonunda şirkətin səhm qiymətləri 7.1% yüksəlib. Nəticədə şirkətin bir səhmi 224.5$-a satılır. Ümumilikdə bu ilin əvvəlindən şirkətin səhmləri 33% düşüb.

FactSet adlı konsaltinq şirkətinin məlumatına əsasən Tesla-nın yeni nəticəsi analitiklərin gözləntilərindən daha yuxarı olub. Belə ki, analitiklər Tesla-nın öz müştərilərini 91.000-dən az avtomobil ilə təchiz edəcəyini gözləyirdilər. Bu cür yüksək göstəricinin böyük hissəsi məhz Model 3 elektromobil modelinin üzərinə düşür. Belə ki, şirkət öz müştərilərini 77.000 ədəd Model 3 ilə təmin edib. Yerdə qalanlar isə Model X ilə Model S modelləridir.

Şirkət öz müştərilərini 17.000 ədəd Model X və Model S elektromobilləri ilə təmin edib. Rüb üzrə şirkət 87.000 avtomobil istehsal edib. Bu ilin ikinci rübünə daxil olmayan 7000 avtomobil üçüncü rüb göstəricisinə daxil ediləcək. Tesla-nın məqsədi il ərzində 360-400.000 avtomobil istehsal etməkdir. Bu cür göstəricini bu ilin sonuna kimi əldə etmək üçün şirkət hər rüb ərzində 100.000-dən çox avtomobil istehsal etməlidir.

Mənbə technote.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...