23.07.2019

Tom Henksdən yeni möhtəşəm FİLM — VİDEO

Film müasir dövrdə yaxşılıq etməkdən bəhs edir

Tom Henksin rol aldığı «Qonşuluqda gözəl gün» filminin ilk treyleri yayılıb. RİA Novosti-yə istinadən xəbər verilir ki, ekran əsəri real hadisələr əsasında çəkilib. Filmdə kompleksiz jurnalist Tom Cunonda (Metyu Rizin qəhrəmanı -red.) tanınmış uşaq verilişinin aparıcısı Fred Rodcers haqqında yazı hazırlamaq tapşırığı verilir. O, verilən tapşırığa həvəssiz yanaşsa da, müəyyən dövrdən sonra müsahibinə maraq oyanır.

Film müasir dövrdə yaxşılıq etməkdən bəhs edir. Personajının əsas məqsədi «Dünyada insanların qiymətsiz olmasını anlatmaqdan gözəl heç nə yoxdur» fikrini aşılamaqdır.

Qeyd edək ki, rejissoru Mariel Heller olan filmin 2019-cu ilin noyabrından nümayiş olunacağı nəzərdə tutulur. Filmdə əsas rolları Metyu Riz və Tom Henks ifa edir.

Mənbə sputnik.az


Digər xəbərlər


Bakının mərkəzində möhtəşəm park salınır - Foto

Bakının qədimliyini və tarixini əks etdirən «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunda yeni park salınır. Artıq uzun zamandır restavra...

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti olacaq

Avqustun 26-da saat 20.00-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə,...

Apple öz film və seriallarını yaradır

Apple şirkəti özünün Apple TV+ online kinoteatrının filmlərinin, seriallarının və şoularının istehsalı üçün 6 milyard dollar vəsait ay...

“Yatmış gözəl” baleti Eldar Əliyevin quruluşunda nümayiş olunacaq

Avqustun 23-24-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək. T...