30.07.2019

Türkiyə ABŞ-a meydan oxudu: «Ya bizimlə olacaqsınız, ya da təkbaşına əməliyyata başlayırıq»

Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Mark Esper ilə telefonla danışıb. 

Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada Türkiyənin PKK/YPG ilə bağlı ABŞ qarşısında konkret tələblərlə çıxış etdiyi bildirilib. 

«Nazir Akar tərəfindən həyata keçirilən telefon danışığında ABŞ-dan terror təşkilatı PKK/YPG-yə dəstəyini tamamilə dayandırması tələb edilib. Türkiyənin cənubunda terror dəhlizinin qurulmasına icazə verməyəcəyimizi bildirdik. 

Türkiyənin yalnız öz ölkəsi və millətinin təhlükəsizlik , etibarlılığını deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, asurilər, xristianlar və yezidilər kimi digər dini və etnik qrupların da təhlükəsizlik və etibarlılığını qorumaq istədiyi ifadə edilib. Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz bölgəyə dair tələblərimizi irəli sürdük. Türkiyənin təhlükəsiz bölgədə nəzarəti təmin edə biləcək tək güc olduğunu bildirdik. Həmin bölgədə olan PKK/YPG-nin bütün silahlarının toplanmasını tələb etdik. PKK/YPG-nin həmin bölgədən çıxarılması da tələblərimiz arasındadır. PKK/YPG-nin bölgədəki bütn tunelləri və mövqelərinin məhv edilməsini istədik. Bütün bu işlərin ABŞ ilə koordinasiyalı şəkildə Türkiyə tərəfindən həyata keçirilməsi tələb edildi.

Cənab prezidentimiz Ərdoğanın 26 iyul 2019-cu il tarixində ifadə etdiyi kimi, ABŞ ilə ortaq bir nöqtəyə gələ bilməsək, təhlükəsiz bölgəni formalaşdırmaq üçün təkbaşına əməliyyat keçirmək məcburiyyətində qalacağımızı acıq şəkildə ifadə etdik» — Milli Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.(Avropa.info)

Mənbə moderator.az


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...