11.07.2019

«Türkiyə Gənclik Ödülləri» Azərbaycanda keçiriləcək

Türkiyənin ən prestijli mükafatlandırma mərasimlərindən biri olan «Türkiyə Gənclik Ödülləri» Caspian Events Group tərəfindən ölkəmizdə təşkil olunacaq. Lahiyə zamanı Türkiyə Gənclik ödül törəninin bütün konsepsiyası qorunmaqla «Azərbaycan Gənclik Ödülləri» adı altında keçiriləcək.

Seçimlər sosial sorğu, təşkilatı komitə tərəfindən aparılan araşdırma və juri heyəti tərəfindən təyin olunacaq.

Sosial sorğu zamanı seçilən kateqoriyalar sayt və rəsmi sosial hesablardan səs verməyə çixarılacaq ən çox səs toplamış şəxslər qalib elan olunacaq.

Təşkilati komitə və juri heyəti aparacaqları araşdırmalar zamanı öz seçimlərini təyin edəcəklər.

Tədbir zamanı öz sahəsində uğur qazanmaqda olan gənclərin tanıtımı üçün də zaman ayırılacaq.

Mükafata layiq görülənlərin bir hissəsi Dünya Gənclik ödüllərində iştirak etmək hüququ əldə edəcək.

Qeyd edək ki təşkilati komitə tərəfindən artıq «Azərbaycan Gənclik Ödüllərinin” seçimlərinə start verilib.

“Azərbaycan Gənclik ödüllərinin” milli direktoru Tural Ələkbərov, icraçı direktoru İlmirzə Agabəyovdur.

İnformasiya dəstəyi — Trend.az, Day.az, Milli.az, Azernews.az

Mənbə trend.az


Digər xəbərlər


Niyə görə tarixi məkanlarda şəkil çəkməyə icazə verilmir?

Son bir neçə ildə Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Onlar paytaxt Bakı və digər şəhərlərdə tarixi məkanlara səyahət etməyə, tarixi abid...

Bakıda yerləşən dünyadakı ən gözəl məbədlərdən biri niyə partladıldı? - Foto

Əgər Bakıdakı Aleksandr Nevski kafedralı dağıdılmasaydı, bu gün dünyanın hər yerindən milyonlarla insan İstanbuldakı Aya Sofya məbədini deyil, məhz p...

Tarixi abidənin bərpa işlərinə start verilib

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qo...

Ermənilər yenə oğruladılar - Bu dəfə Rəşid Behbudov

Dünən – iyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarş...