06.07.2019

Türkiyə yeni aldığı S-400 sistemlərini Qətərdə və ya Azərbaycanda yerləşdirə bilər

Türkiyənin Rusiyadan S-400 hava hücümundan müdafiə sistemlərinin satın alması ətrafında yaranmış qalmaqal səngimək bilmir. Türk rəsmiləri bu sistemin Ankara yaxınlığında və ölkənin şərqində strateji bir məntəqədə yerləşdiriləcəyini bəyan etmişdilər.

Haberturk xəbər verir ki, S-400 lər gələn həftə hərbi təyyarələrə yüklənərək Türkiyədəki hərbi aerodromlardan birinə gətiriləcək.

Lakin, Defenseworld dərgisi, türk hökumətinin ABŞ sanksiyalarından qaçmaq üçün, bu kompleksləri Azərbaycan və ya Qətərdə yerləşdirə biləcəyi haqqında yazır.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında 2018 — ci ildə imzalanmış alqı-satqı müqaviləsinin dəyəri 2,5 milyard dollar təşkil edir.


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...