21.07.2019

Türkmənistan səfirliyi prezidentin ölüm xəbərini təkzib edir

Türkmənistanın Moskvadakı səfirliyi bu ölkənin prezidenti Qurbanqulu Berdımuxammedovun öldüyü haqda Rusiya KİV-lərinin yaydığı məlumatı təkzib edir.

Bununla bərabər türkmən müxalifətinin nümayəndələri Berdımuxammedovun 10 gündən artıqdır ki, televiziyada görsənmədiyini, onun haqqında heç bir rəsmi xəbər və ya məlumatın olmadığını bildirir. Prezident yoxa çıxmamışdan öncə dövlət televiziyası qısa süjet göstərərək prezidentin məzuniyyətə çıxdığını demişdi

Prezidentin kəskin böyrək çatışmazlığından öldüyünü iddia edən müxalifət fəalları, Berdımuxammedovun bu ilin may ayında böyrək köçürməsi əməliyyatı keçirdiyini vurğulayır.

Qeyd edək ki, Özbəkistan prezidenti İslam Kərimov da vəfat etdiyində, onun ətrafı ölüm xəbərini bir neçə gün gizli saxlamışdı.


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...