21.07.2019

Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.

Yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində üç dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.
Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq.
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.
Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.
Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər. Yerli təşkilatların apardığı sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda — müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz), Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Qüds qırmızı xəttimizdir - Türkiyədən ABŞ və İsarilə bəyanat

Donald Trampın «Yüz ilin razılaşması» planına daha bir sərt reaksiya Türkiyədən gəlib. Gülüstan.info xəbər verir ki, Türkiyə Xarici İşlə...

Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Gülüstan.info xəbər verir ki, bu barə...

Tramp sülh razılaşması adlandırdı, fələstinlilər etiraza başladı

ABŞ prezidenti Donald Tramp «Yüz ilin razılaşması» dedi, fələstinlilər etiraz üçün küçələrə çıxdı Gülüstan.info xəbər verir ki, ABŞ prez...

Əli Əsədov Artur Rəsizadənin qərarını ləğv etdi

Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiq edib. Gülüstan.info xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Ə...