17.07.2019

Uşaq bağçalarında yoxlamalar başlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uşaq bağçalarında monitorinqlərə başlayıb.

Bu barədə AQTA sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, ilkin olaraq 400 bağçada monitorinqlər aparılacaq: “Amma bağçaların sayı arta da bilər. Hazırda Azərbaycanın bütün regionlarında seçmə üsulu ilə hər bir rayonu, şəhəri əhatə edən bağçalarda yoxlamalar aparılır. Bu monitorinqlər təqribən 3 ay müddətinə davam etdiriləcək”.

AQTA sədri qeyd edib ki, monitorinqin nəticələri ilə bağlı sonda ictimaiyyətə geniş açıqlama veriləcək: “Monitorinq böyüməkdə olan nəslə, balalarımıza verilən qida məhsullarının həm keyfiyyət, həm də təhlükəsizlik göstəricilərinin yüksək səviyyədə olması, eyni zamanda da Səhiyyə Nazirliyi ilə birgə məktəbəqədər uşaqların düzgün qidalanmasının təmin olunması məqsədini daşıyır».(apa)

Mənbə moderator.az


Digər xəbərlər


Daxili İşlər Nazirliyi vakansiyalar elan etdi

2019-cu il dekabr ayının 27-də saat 08.30-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, S...

Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş evlərin yenidən bərpası ilə tanış olub - Foto

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 ...

Nəcibliyi və peşəkarlığı birləşdirən dəyər: birİNCİ XANIM

Psixoanaliz elminin banisi, Avstriya psixoloqu Ziqmund Freyd deyirdi ki, uğurlu rəhbər ənənəvi qaydalardan kənara çıxmağı bacaran, vəzifənin onu yox,...

İlham Əliyev Şamaxıya səfər edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri He...