26.07.2019

Xaricdən mal idxal edən şirkətlərlərlə bağlı — Cərimələnmə ehtimalları azaldıla bilər

Mərkəzi Bankın İdarə heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Bir sıra investiya mallarının (məsələn avadanlıqların) istehsalı 270 gündən artıq müddətə davam edir. Təklif edilir ki, ölkəyə gətirilməsi avans ödənişi günündən 270 gündən çox çəkən bəzi mallara görə İqtisadiyyat Nazirliyindən xüsusi icazə alınsın. İdxalçı şirkət müqaviləsini İqtisadiyyat Nazirliyinə təqdim edəcək. Müqavilədə məhsulun istehsal müddəti göstərilməlidir. İqtisadiyyat Nazirliyi də bu barədə banklara məlumat göndərəcəkdir və mal 270 gündən gec idxal olunduğuna görə şirkət cərimələnməyəcək. Qalan hallar üçün 270 gün müddəti saxlanılacaqdır”.

Elman Rüstəmov qeyd etdi ki, idxalçılar xırda məbləğlərə görə cərimələnməyəcəklər. Bu barədə qaydlara dəyişiklik təklif edilib və Mərkəzi Bank bu dəyişikliyə də öz razılığını verib.

Hazırda qüvvədə olan Qaydalara görə, ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Əks halda banklar sənədləri Palataya təqdim edir və yekunda idxalçı cərimələnir.


Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən, məhkəmə, “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına” görə idxalçı şəxsi cərimələyir.

Mənbə marja.az


Digər xəbərlər


Azərbaycan neftinin yeni qiyməti

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Gülüstan.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolla...

Viktoriya Sekret" markası satılır

Dünyaca məşhur qadın alt paltarı markası «Viktoriya Sekret»in hissələrinin böyük faizi satışa çıxarılıb. Gülüstan.info- xəbər verir ki, ...

Manatın sabaha məzənnəsi

Fevralın 20-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 20.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...