29.07.2019

XİN: «Bu gün bölgədə yaşanan gərginliyin yeganə səbəbkarı Ermənistandır»

«Bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında “cəbhə bögəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun 3 üzv ölkəsinin daimi üzvü olduğu BMT TŞ-nin qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in bölgədə gərginliyin artması ilə bağlı verdiyi açıqlamaya dair KİV-in sualına cavab olaraq bildirib.

«Nə qədər ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin baş vermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir.

Ermənistan XİN-i bir müddət öncə “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. Görünür, bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşınqton görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin buna rəğmən, danışıqların davam etdirildiyini bəyan etmişdi.

Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdir. Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırlması, dayanıqlı sülh və əmin-amanlığın, rifahın bərpa olunmasına gətirib çıxaracaqdır», — L.Abdullayeva qeyd edib.

Mənbə report.az


Digər xəbərlər


Qüds qırmızı xəttimizdir - Türkiyədən ABŞ və İsarilə bəyanat

Donald Trampın «Yüz ilin razılaşması» planına daha bir sərt reaksiya Türkiyədən gəlib. Gülüstan.info xəbər verir ki, Türkiyə Xarici İşlə...

Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Gülüstan.info xəbər verir ki, bu barə...

Tramp sülh razılaşması adlandırdı, fələstinlilər etiraza başladı

ABŞ prezidenti Donald Tramp «Yüz ilin razılaşması» dedi, fələstinlilər etiraz üçün küçələrə çıxdı Gülüstan.info xəbər verir ki, ABŞ prez...

Əli Əsədov Artur Rəsizadənin qərarını ləğv etdi

Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiq edib. Gülüstan.info xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Ə...