12.07.2019

Yeni sosial şəbəkə gəlir

Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsinin testinə start verib. Bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq. Bu barədə The Next Web saytına istinadən Rusbase saytı xəbər verib. Məlumata əsasən Shoelace sosial şəbəkəsinin iOS və Android versiyası var. Lakin o hələki Nyu Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır.

Sosial şəbəkə insanları eyni maraqlara sahib digər insanlarla birləşdirməyi söz verir. Bu sosial şəbəkədə istifadəçi öz görüşünü yarada bilər və ya hansısa tədbirə gedəcəyi barəsində yaza bilər. Bununla yanaşı istifadəçi gedəcəyi tədbirə bu sosial şəbəkə vasitəsilə dostlarını və ya tanımadığı insanları dəvət edə bilər. Sosial şəbəkə həmçinin istifadəçinin üstlünlük verdikləri mövzular üzrə ona tədbirləri məsləhət görəcək. Qeyd etmək lazımdır ki, Google şirkəti artıq bu cür konsepsiyaya sahib Schemer adlı tətbiqi 2011-ci ildə istifadəyə vermişdi. Lakin 2014-cü ildə həmin layihə bağlanmışdı.

Mənbə technote.az


Digər xəbərlər


Diqqət! Ünvanlı sosial yardımın alınması qaydaları dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunma...

Ölkədə banklara olan inam niyə aşağıdır?

Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur.Bu sahədə  cəmiyyətdə banklara ,xüsusilə də özəl banklara ola...

Avtomobili olanlara ideal rahatlıq yaradıldı

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi...

Ölkəmizə gətirilən avtomobillərin sayı 2 dəfə artıb - SƏBƏB

Hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal ...