08.07.2019

Zelenski Putinlə üçüncü ölkədə görüşməyi təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinə Minskdə görüşməyi təklif edib.

Ukrayna prezidenti, həmçinin sammitdə Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkelin də iştirak etməli olduğunu deyib.

“Danışmaq lazımdır? Lazımdır. Krımın kimə məxsus olduğunu və Donbasda kimlərin olmadığını müzakirə edək”, — deyə Zelenski mövzunu dəqiqləşdirib.

Təşəbbüs Ukrayna və Rusiya telekanalları arasında “Danışmaq lazımdır” adlı telekörpünün anonsundan sonra yaranıb.

Rusiya KİV-lrinin məlumatına görə, Kreml artıq Ukrayna prezidentinin təklifinə reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Moskvanın təklifi nəzərdən keçirəcəyini deyib və dialoqun perspektivinin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Mənbə azertag.az


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...