Bakı 30 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

06.08.2019

XİN Paşinyanın sərsəm açıqlaması ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bəyanatda deyilir:

«Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.

Bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir.

Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir.

Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndində etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu.

Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb.

Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək.

Niyyəti həqiqətən inkişaf və tərəqqi olan bir ölkənin rəhbərliyi təcavüzkar siyasət arxasında gizlənərək növbəti 30 ili hədəfləyən xəyali məqsədlər güdməz, əksinə, mövcud vəziyyəti qiymətləndirərək, beynəlxalq hüquqa hörmət əsasında qonşu ölkələrlə münasibətləri normallaşdıraraq daha real nəticələr əldə etməyə hədəflənər. Görünür Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur.

Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir».

Mənbə report.az


Digər xəbərlər


Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. “Ahaber” xəbər verir ki, səfər iyulun 19-da baş tutacaq. O, İra...

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb. Sənədləri NATO-nun Brüsseldəki mənzil-qərarga...

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub. Bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə...

İlham Əliyev Cozef Baydenə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Gulustan....

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik” - Çavuşoğlu

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sa...

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gul...

Şarl Mişel: “Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub...

Roma Papası Moskvaya və Kiyevə səfər edə bilər

Roma Papası Fransisk Rusiya və Ukraynaya səfər edə bilər. Bunu dünya katoliklərinin dini lideri “Röyters”ə müsahibəsində deyib...