Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

26.08.2019

Leyla Əliyeva retro avtomobillərin yürüşündə iştirak edib — Foto

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib.

Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də, Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib.

Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

Yürüş-sərgidə «Ford Model A» (1930), «Fiat Balilla» (1933), «Mercedes Benz 220 B Cabrio» (1952), «Chevrolet Corvette» (1960), «Cadillac Eldorado» (1974), «VAZ 21011» – milis (1973), «Qaz 13»- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.

Mənbə oxu.az


Digər xəbərlər


Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur - Fotolar

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, S...

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin ...