08.08.2019

Şok iddia — Gizli sənədləri erməni tərəfə kim ötürüb?

BBC-nin Rusiya xidmətinin jurnalisti Qriqori Atanesyan 1 mart hadisələri ilə bağlı məqaləsindən sonra ölümlə təhdid edilib.

Bu məlumatı jurnalist öz Tvitter səhifəsində paylaşıb.

Məqalənin yayımlanmasından sonra Atanesyana təzyiqlərlə bərabər BBC-yə də təqiblər başlayıb. Bəzi erməni siyasətçilər və ekspertlər BBC-nin bununla Qarabağ və Ermənistan arasında fikir ayrılığı yaratmaq istədiyini bildiriblər. Bəziləri isə baş verənlərdə Azərbaycanı ittiham edərək, BBC-yə məlumatların Bakı tərəfindən ötürüldüyünü iddia ediblər.

Qeyd edək ki, bundan öncə Atanesyan 1 mart hadisələri ilə bağlı açılan cinayət işinin istintaq materiallarını əldə edərək, məqalə hazırlayıb. Atanesyan məqaləsində 1 mart hadisələri zamanı İrəvana Qarabağdan hərbi dəstələr gətirildiyini və dinc etirazçılara atəşin qondarma rejimin generalı Samvel Karapetyanın açdığını bildirib.

Mənbə axar.az


Digər xəbərlər


Prezident Quba ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatın...

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

Azərbaycan Respublikası Prezidentinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edi...

Prezidentdən türkiyəli deputatla bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Şamil Ayrımla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti ar...

Mehriban Əliyeva: Maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmas...