15.08.2019

ABŞ «Apple» notbuklarına niyə qadağa qoydu?

İyunda «Apple» bəzi 15 düymlük «MacBook Pro» notbuklarının batareyalarının həddindən artıq çox qızdığını aşkar edib

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) «Apple» şirkətinin bəzi notbuklarının təyyarələrdə daşınmasına qadağa qoyub. Məlumatı «The Hill» nəşri yayıb.

Məlumata görə, 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralınadək satılmış «MacBook Pro» cihazları qadağa altına düşür.

Qeyd olunur ki, iyunda «Apple» bəzi 15 düymlük «MacBook Pro» notbuklarının batareyalarının həddindən artıq çox qızdığını aşkar edib. Bu problem yanğın riskini artırır və bununla bağlı olaraq şirkət sözügedən məhsullarını geri çağırdığını elan edib.

Federal Aviasiya Administrasiyası bu noutbukların batareyalarında aşkar olunmuş problemlə bağlı olaraq aviaşirkətləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Qaydalara görə, istehsalçı tərəfindən geri çağırılmış batareyaları olan cihazlar təyyarələrdə daşına bilməzlər.

2016-cı ildə ABŞ Nəqliyyat Nazirliyi «Samsung Galaxy Note 7» smartfonlarının təyyarələrdə daşınmasına qadağa qoyub. Bundan bir müddət öncə «Samsung» şirkəti «Galaxy Note 7» smartfonlarının akkumulyatorlarının yanması və partlaması səbəbindən bu cihazların istehsalını və satışını dayandırıb.

Mənbə sputnik.az


Digər xəbərlər


Halsızsınızsa diqqətli olun! yeni adı bəlli olmayan xəstəlik yayılıb

«Biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər», — pediatr Vaqif Qarayev...

"Azərsu" ASC-nin su borularını oğurlayıblar

«Azərsu» ASC-nin su boruları oğurlanıb. Hadisə Qaradağ rayonunda baş verib. ASC-dən Qaradağ Rayon Polis İdarəsinə daxil olan mür...

Cəbrayıllı həkimlər məcburi köçkünləri pulsuz müayinə edir

Bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür.  İşğal günü ilə əlaqədar Cəbrayıldan ol...

Misir ev heyvanları üçün otel açıb

Misirin tanınmış Hurqada kurort şəhərində ev heyvanları üçün ilk otel açılıb. Yerli KİV-ə istinadla xəbər verilir ki, yeni otel turistlərin özləri...