15.08.2019

ABŞ fond birjalarında PANİKA

ABŞ birja indeksləri bu gün keçirilən sessiyada böyük enmə yaşayıb.

Musavat.com xəbər verir ki, “Dow Jones” indeksi 2,42 faiz, S&P 500-2,46% aşağı düşüb. Bunun nəticəsində iri bankların səhmlərində də böyük çöküş yaşanıb. “Bank of America” səhmləri 4,3%, “Citigroup”un hissələri isə 5,1% dəyər itirib.

İqtisadi analitiklər bunu sərmayədarların bankların şirkətlərə verdikləri kreditlərdən gəlir götürə biləcəyinə olan inamsızlığı ilə izah edirlər.

CNBC kanalının verdiyi məlumata görə, pərakəndə satış nəhənglərindən sayıılan “Macy`s” şirkətinin səhmləri birdən-birə 17 faiz enib.

Burada firmanın kifayət qədər yüksək gəlir göstəricilərinə malik olmaması xüsusi rol oynayıb.

Bundan daha öncə iqtisadçılar ABŞ-ın istiqraz və borc bazarında anomaliyaların müşahidə olunduğunu qeyd etmişdilər. Belə ki, qısamüddətli iki illik dövlət istiqrazlarının gəlirliliyi onillik istiqrazların gəlirlərindən önə keçib. Belə bir hal 1978-ci ildən bu yana müşahidə olunur və adətən qlobal durğunluğun və böhranın xəbərçisi rolunda çıxış edir.

Bu, onunla izah olunur ki, investorlar emitentlərin (qiymətli kağızları buraxan təşkilat və şirkətlər-red) iflas etməsindən qorxaraq öz qısamüddətli aktivlərini uzunmüddətli perspektivə yatırırlar. Nəticədə qısa müddətli səhmlərin gəlirlərində artış hiss edilsə də, bu, qiymətli kağız bazarında böhrana gətirib çıxarır.

Mənbə axar.az


Digər xəbərlər


Bu gün Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayır. Yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraq...

Yanacaq bahalaşdı

Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalanıb. 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından ası...

Türkiyə elektromobilləri Azərbaycanda satılacaq

Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır. Gülüstan.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiy...

Huawei işlədənlər! Şirkət sizə "surpriz" hazırlayıb

Bildiyiniz kimi Huawei ilə Google şirkətinin arası açılmışdı. ABŞ qadağaları səbəbilə Huawei telefonlarında artıq Google servisləri olmayacağı üçün ş...