22.08.2019

Apple öz film və seriallarını yaradır

Apple şirkəti özünün Apple TV+ online kinoteatrının filmlərinin, seriallarının və şoularının istehsalı üçün 6 milyard dollar vəsait ayırıb. Bu barədə The Financial Times saytı xəbər verib. İlk öncə şirkət öz orijinal kontentinin yaradılması üçün 1 milyard dollar vəsait ayırmışdı. Lakin istehsal prosesi zamanı xərclənən vəsaitlərin həcmi artdı.

Təkcə məşhur Hollywood ulduzları olan Jennifer Aniston ilə Reese Withespoon-un iştirakı ilə yaradılan şouya Apple şirkəti bir neçə yüz milyon dollar vəsait xərcləyib. Müqayisə üçün qeyd etmək lazımdır ki, məşhur Game of Thrones serialının hər bir final seriyasının büdcəsi 15 milyon dollar təşkil etmişdi. Bloomberg saytının məlumatına əsasən Apple TV+ servisinin aylıq abunə haqqı qiyməti ABŞ-da 9.99$ təşkil edəcək. Apple TV+ servisi bu ilin payız fəslindən başlayaraq 100-dən çox ölkədə istifadəyə veriləcək.

Mənbə technote.az


Digər xəbərlər


Hacı Zeynəlabdin Tağıyev barədə - O qatil, yoxsa xeyriyyəçi idi?

Axar TV-nin “Faktlar və Aktlar” layihəsinin bugünkü qonağı tarix üzrə fəlsəfə doktoru, azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev irsini...

Stansiyalarda əsl bayram əhvalı yaşanıb

18 Sentyabr – Milli Musiqi Gününün Bakı Metropolitenində xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Sərnişin axınının gur oldu...

Üzeyir Hacıbəyli ilə bağlı bilməmiz vacib olan 10 FAKT

Bu gün görkəmli bəstəkar, publisist, ictimai xadim Üzeyir Hacıbəyovun (1885-1948) doğum günüdür. Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Əbdülhü...

Mehriban Əliyeva Milli Musiqi Günü ilə BAĞLI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında musiqi günü ilə bağlı paylaşım edib. Əziz dostlar. Bu gün Milli Mu...