10.08.2019

Apple şirkəti smartfon satışında ağlasığmaz şəkildə gerilədi — Reytinq

Qlobal bazar analitikası ilə məşğul olan şirkətlər bütün dünya üzrə smartfon satışlarının rüb üzrə hesabatlarını təqdim ediblər. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən uzun müddətdən sonra ilk dəfə olaraq Apple şirkətinin bu məsələdə göstəricisi bir qədər aşağı düşüb. Bu barədə Phonearena saytına istinadən 4pda saytı xəbər verib. IHS Markit şirkətinin məlumatlarına əsasən bu ilin aprel ayından iyun ayına kimi iPhone modellərinin istehsal göstəriciləri o qədər aşağı düşüb ki, şirkətin rəqibləri onu top üçlükdən kənarlaşdırıblar.

35.3 milyon smartfon satışı göstəricisi ilə Apple təkcə Samsung ilə Huawei şirkətlərindən deyil həm də Oppoşirkətindən də geridə qalıb. 30 milyon smartfon satmış Xiaomi isə Apple şirkətinin ciddi rəqibinə çevrilib. Mütəxəssislər düşünürlər ki, 5G smartfon modellərini satışa çıxartmaq ilə Oppo şirkəti Avropanın mobil operatorlarının maraqlarını cəlb edə bilib. Bu isə keçən ilki rüb göstəricisi ilə müqayisədə satışların 13% yüksəlməsinə səbəb olub.

 Mütəxəssislərin məlumatlarına əsasən hal hazırki rüb göstəricisinin yüksəlməsi nailiyyətinə yalnız Samsung ilə Huawei şirkətləri çata biliblər. Lakin Huawei bu rüb bəzi problemlər ilə qarşılaşa bilər. Belə ki, şirkətin ABŞ hökuməti ilə olan münasibətləri hələ də gərgin vəziyyətdədir. Buna baxmayaraq marketinq analitiklərində yekun bir fikir yoxdur. Məsələn CanalysStrategy Analytics və Counterpoint şirkətlərinin hesabatları IHS Markit şirkətinin hesabatından fərqlənir. Onların hesabatlarına əsasən isə Apple şirkəti hələ də smartfon bazarının top üçlüyündə qalır.

Mənbə technote.az


Digər xəbərlər


UEFA "Qarabağ"ın hesabına 4 milyon avroya yaxın pul ödəyib

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait kl...

“Nissan” şirkətinin rəhbəri vəzifəsindən getdi

Sentyabrın 16-da Yaponiyanın “Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib. Kyodo agentliyinə istinadla xəbər verilir ki, onun...

ABŞ-ın Windows qadağası sanksiyaları səbəbilə Huawei şirkəti öz noutbuklarını Linux'a keçirdir

Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əmə...

iPhone 11 smartfonu ön sifariş rekordu qırdı

 Təqdimatdan sonra iPhone 11 alıcılar arasında böyük səs küyə səbəb oldu. Onların bir hissəsi artıq Apple mağazalarının qaba...