23.08.2019

Azərbaycanda hansı avtomobillər axtarışdadır?

Azərbaycanda axtarışda olan nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Ümumilikdə ölkə üzrə 2170 avtomobil axtarışdadır.

Onlardan 73-ü Bakı şəhərinin Xəzər rayonu ərazisindən qaçırılan avtomobillərdir.

Axtarışda olan avtomobillərin 213-ü isə Bakının Səbail, 38-i Qaradağ, 219-u Nizami, 234-ü Binəqədi, 175-i isə Yasamal rayonunun payına düşür.

Bakıda avtomobil qaçırılması ilə bağlı ən çox fakt isə Nəsimi rayonunda (366) qeydə alınıb. Ümumilikdə Bakıdan qaçırılan və axtarışa verilən avtomobillərin sayı 1623-dür.

Yerdə qalanlar isə Azərbaycanın digər bölgələrinin payına düşür. Axtarışda olan avtomobillər arasında Rusiya istehsalı olanlar üstünlük təşkil edir.

Bundan başqa, bahalı avtomobillər də var. Bura «Porsche Cayenne» və «Porsche Panamera» kimi avtomobillər də daxildir.

Axtarışda olan avtomobillərdən ikisi isə «Toyota Prado»dur.

Mənbə oxu.az


Digər xəbərlər


Piyada keçidində həyatını itirən qızın qatili ilə bağlı videogörüntü yayıldı

Sentyabrın 17-si «Maserati» 10XE001 nömrə nişanlı avtomobilin yolu keçən Əmiraslanlı Gülgün Saday qızını «Gənclik» metrostansiyası yaxınlı...

İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasiminə qatılıb

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir. Azərbayc...

Peşə məktəblərinə sənəd qəbulunun ikinci mərhələsi dəvam edir

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək. Təhsil Nazirliyindən veri...

Vegeterianlara xəbərdarlıq

Valideynlərin riayət etdikləri vegetarian və veqan dietaları onların uşaqlarının əqli qabiliyyətinə mənfi təsir edə bilər. Bu haqda britaniyalı dieto...