12.08.2019

Bakıda bu rayonlarda küçə ticarətinə soy qoyuldu

Bakının Yasamal və Nizami rayonlarında qanunsuz küçə ticarətinə son qoyulub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər diqqət mərkəzindədir. Paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

«Diqqətə çatdırırıq ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən sosial-neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməlidir», — E.Hacıyev vurğulayıb.

Mənbə report.az


Digər xəbərlər


Hansı binalar mərkəzi istilik sisteminə qoşulmayıb və SƏBƏB

Noyabrın 15-dən ölkədə istilik sistemi ilə bağlı qış mövsümünə keçid başlayacaq. Bunu Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini ...

İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriba...

Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov ...

Yeni sürücülük vəsiqəsi ilə istəsəniz də, itkin düşə bilməyəcəksiniz

Yeni sürücülük vəsiqələrinin üstünlüyü həm də ondan ibarətdir ki, itdiyi zaman onun yerini müəyyənləşdirmək mümkün olacaq. Azərbaycanda tətbiqinə ...