12.08.2019

Bakıda hansı rayonlarda qanunsuz küçə ticarətinə son qoyuldu?

Bakının Yasamal və Nizami rayonlarında qanunsuz küçə ticarətinə son qoyulub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər diqqət mərkəzindədir. Paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

«Diqqətə çatdırırıq ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən sosial-neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməlidir», — deyə E.Hacıyev vurğulayıb.

Mənbə report.az


Digər xəbərlər


Diqqətli olun! Saç boyaları sinə xərçəngi riskini artırır - TƏSDİQLƏNDİ

«Saç boyaları xərçəng yaradır?» Bu sual dünyada milyonlarla qadınları maraqlandıran əsas sağlıq məsələlərindən biri idi. Aparılan bir ar...

Bu kodları yığsanız telefonunuzu kimlərin dinlədiyini öyrənə biləcəksiniz

«Telefon söhbəti deyil, sonra danışarıq» deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube...

Parisdəki iğtişaşda türk müxbir yaralandı

Fransanın paytaxtı Parisdə etirazçılarla polis qüvvələrinin qarşıdurması zamanı Anadolu Agentliyinin fotomüxbiri Mustafa Yalçın xəsarət alıb. Poli...

Daxili İşlər Nazirliyi vakansiyalar elan etdi

2019-cu il dekabr ayının 27-də saat 08.30-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, S...