24.08.2019

Bakının mərkəzində möhtəşəm park salınır — Foto

Bakının qədimliyini və tarixini əks etdirən «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunda yeni park salınır.

Artıq uzun zamandır restavrasiyası aparılan «Bakı Xanlarının Evi» Kompleksinin ərazisində salınacaq istirahət mərkəzində hansı yeniliklərin olacağı, şəhər sakinləri, o cümlədən turistlər üçün hansı şəraitlərin yaradılacağı barədə  «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan danışıb.

Onun sözlərinə görə, restavrasiya olunan kompleksin həyətyanı sahəsi abadlaşacaq:

«İqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyətyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin, ziyarətçilərin əvəzolunmaz istirahət guşəsinə çevriləcək. Xam torpaq üzərində müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq. Əhalinin rahatlığını təmin etmək üçün skamyalar qoyulacaq, talvar qurularaq, onun altında bir neçə köşk fəaliyyət göstərəcək. Parkın bədii tərtibatı zamanı portal, asma struktur kimi dekorativ vasitələrdən, fasaddan təbii işıq alınması imkanlarından istifadə olunması planlaşdırılır».

Z.Cahan park və kompleksə girişin hansı şəkildə aparılacağı barədə də söz açıb:

«Bakı Xanları Parkı»na giriş əlbəttə ki, bütün vətəndaşlar və xarici qonaqlar üçün sərbəst olacaq. Onlar öz asudə vaxtlarını tarixi və təbii məkanda qədim şəhərin gözəllik və zənginliyindən zövq alaraq keçirə biləcəklər. İnanıram ki, «Bakı Xanları Parkı» şəffaflıq, yaşıllıq, ənənəvilik və müasirlik kimi başlıca prinsipləri özündə birləşdirərək nəinki İçərişəhər, bütün paytaxt sakinlərinin daimi ziyarət yeri olacaq».

Mənbə axar.az


Digər xəbərlər


Hacı Zeynəlabdin Tağıyev barədə - O qatil, yoxsa xeyriyyəçi idi?

Axar TV-nin “Faktlar və Aktlar” layihəsinin bugünkü qonağı tarix üzrə fəlsəfə doktoru, azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev irsini...

Stansiyalarda əsl bayram əhvalı yaşanıb

18 Sentyabr – Milli Musiqi Gününün Bakı Metropolitenində xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Sərnişin axınının gur oldu...

Üzeyir Hacıbəyli ilə bağlı bilməmiz vacib olan 10 FAKT

Bu gün görkəmli bəstəkar, publisist, ictimai xadim Üzeyir Hacıbəyovun (1885-1948) doğum günüdür. Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Əbdülhü...

Mehriban Əliyeva Milli Musiqi Günü ilə BAĞLI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında musiqi günü ilə bağlı paylaşım edib. Əziz dostlar. Bu gün Milli Mu...