15.08.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkürünü bildirib.

Məktubda deyilir: “Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir”.

Birinci vitse-prezident Mehriban Əliyeva, həmçinin Rusiyanın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıb.

Mənbə azertag.az


Digər xəbərlər


Halsızsınızsa diqqətli olun! yeni adı bəlli olmayan xəstəlik yayılıb

«Biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər», — pediatr Vaqif Qarayev...

"Azərsu" ASC-nin su borularını oğurlayıblar

«Azərsu» ASC-nin su boruları oğurlanıb. Hadisə Qaradağ rayonunda baş verib. ASC-dən Qaradağ Rayon Polis İdarəsinə daxil olan mür...

Cəbrayıllı həkimlər məcburi köçkünləri pulsuz müayinə edir

Bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür.  İşğal günü ilə əlaqədar Cəbrayıldan ol...

Misir ev heyvanları üçün otel açıb

Misirin tanınmış Hurqada kurort şəhərində ev heyvanları üçün ilk otel açılıb. Yerli KİV-ə istinadla xəbər verilir ki, yeni otel turistlərin özləri...