16.08.2019

Bu il qeyri neft-qaz sektorunda sənaye məhsulu istehsalı 16%-dək artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyul aylarında 27,3 mlrd manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8% artıb. 

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd edilib.

Məlumatda deyilir ki, sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5% azalıb, əmtəəlik qaz hasilatı isə 34% artıb.

Bundan əlavə emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı 59,2%, kompüter, elektron və optik məhsulların istehsalı 55,4%, içkilərin istehsalı 52,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 40,9%, mebel istehsalı 33,6%, kimya sənayesi məhsullarının istehsalı 30,4%, kağız və karton istehsalı 28,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 27,2% artıb.

Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4%, tütün məmulatlarının istehsalı 25,1%, qida məhsullarının istehsalı 18,3%, poliqrafiya məhsullarının istehsalı 14,9%, maşın və avadanlıqların istehsalı 13,6%, tikinti materiallarının istehsalı 7,8%, geyim istehsalı 5,6%, neft məhsullarının istehsalı 1,4%, əczaçılıq məhsullarının istehsalı 1,3% artım qeydə alınıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5%, elektrik avadanlıqlarının istehsalı 7,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 17,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb.

Mənbə report.az


Digər xəbərlər


Şadlıq evində tavan uçdu - Ölən var

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub. Hadisə rayon ərazisindəki «Aygün» şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 19...

Azərbaycanda silahlı insident: Avtomobilin qarşısını kəsib atəş açdı

Yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olm...

Xəzərin suyu niyə azalır? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəblərini açıqlayıb. Nazirliyin Ekoloji siyasət şöbəsinin ...

İŞİD cəhənnəminin yeni başçısı təyin olunub

İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Mauləolub. TASS-a istinadən xəbər verili...