15.08.2019

Çin öz rəqəmsal valyutasını istifadəyə verməyə hazırlaşır

 Çinin milli bankı bildirib ki, o, ilk milli rəqəmsal valyutanın istifadəyə verilməsinə hazırdır. Məlumatda qeyd olunub ki, onun üzərində 5 il ərzində iş gedib və onun strukturu hal hazırda varolan kriptovalyutaların strukturlarından daha qəlizdir. Bu barədə TheBlok saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən bu rəqəmsal valyuta iki səviyyəli ayrılmaya əsaslanacaq. Ən üstdə Çinin milli bankı, ən aşağıda isə diggər kommersiya bankları dayanacaqlar.

 Həmin sistemdə isə blockchaindən istifadə olunmayacaq. Belə ki, sözügedən rəqəmsal valyuta pərakəndə ticarət üçün çox aşağı səviyyəli gücə sahibdir. Bu üsulla dövlət ölkə iqtisadiyyatını stabilləşdirməyi və xarici texnologiyalardan asılılığını azaltmaq istəyir. Bundan əlavə olaraq Çin bu rəqəmsal valyuta ilə spekulyasiyalar problemini həll edəcək.

Belə ki, spekulyasiyalar zamanı istifadəçilər kriptovalyutaları almaq üçün adi valyutaları satırlar. Məlumatda qeyd edilib ki, rəqəmsal valyutanı işə salmaq üçün bir neçə məsələni həll etmək lazımdır: Ənənəvi maliyyə strukturlarının effektivliklərini artırmaq və milli kriptovalutanın digər ölkələrdə nizamlanma prinsiplərini təyin etmək. Həmin vaxta kimi isə Çinin milli kriptovalyutasının işə salınması tarixi məlum deyil.

Mənbə technote.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...