16.08.2019

iPhone 11-in mümkün təqdimat tarixi bəlli olub

Sentyabr ayının yaxınlaşması ilə Apple şirkətinin yeni iPhone modelləri barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. İndi isə iOS 13 əməliyyat sisteminin beta versiyası yeni iPhone modellərinin mümkün təqdimat tarixləri barəsində məlumatı ortaya çıxardıb. Bu barədə iHelpbr.com saytına istinadən Gagadget saytı xəbər verib.

Beləliklə yeni iPhone modellərinin təqdimat tarixlərinə işarə HoldForRelease adlı iOS 13 Beta 7-nin screenshotunda aşkar edilib. Həmin screenshotun təqvim hissəsində isə 10 sentyabr tarixi əks olunub. 10 sentyabr tarixi çərşənbə axşamına təsadüf edir. Bu isə Apple şirkətinin ən sevdiyi təqdimat günüdür. Qeyd etmək lazımdır ki, son 2 il ərzində iPhone modellərinin təqdimatları 12 sentyabr tarixində baş tuturdu.

2016-cı ildə isə iPhone 7-nin təqdimatı 7 sentyabr tarixində baş tutmuşdu. Bununla yanaşı yeni iPhone modellərinin təqdimatlarının məhz 10 sentyabr tarixində baş tutacağı barəsində jurnalistlər də məlumat vermişdilər. Onların fikrincə 10 sentyabr tarixi yeni iPhone modellərinin təqdimatları üçün ən ideal tarixdir. İndi isə şirkətin rəsmi açıqlamasını gözləmək qalır.

Mənbə technote.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 20-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 20.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...

Azərbaycan nefti BAHALAŞDI

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göst...

Siqaretin qiyməti yenidən qalxacaq? - Nazirlər Kabinetindən qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...