26.08.2019

İrəvanda atışma: ölən və yaralananlar var

Ermənistanın paytaxtı İrəvanda atışma olub.

Bu barədə Report məlumat yayıb.

Hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar «Erebuni» tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat və «Makarov» tapançasına aid gilizlər aşkarlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.

Qeyd edək ki, ötən gün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı evində ölü tapılıb.

Mənbə axar.az


Digər xəbərlər


Sərhəddə qorxu yüksəldi! İrana gedən tır sürücüləri koronavirus təhlükəsi ilə üz-üzə

Türkiyənin sərhəd qonşusu İrandan ard arda gələn koronavirus xəbərlərindən sonra sərhəddə qorxu yüksəldi. İranda, koronavirus səbəbiylə 5 nəfərin ölü...

Naxçıvan Muxtar Respublikası Ali Məclisindən yeni təyinat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının r...

"Bursaspor" azarkeşləri qəzaya düşdü

Türkiyənin «Bursaspor» futbol komandasının azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Gulustan.info Türkiyə mediasına istinadən xəbə...

Bill Gates: “14 Yaşına gələnə qədər uşaqlarıma telefonu qadağan etdim”

Bill Geyts bir reportajda uşaqlara 14 yaşına qədər smartfon alınmaması gərəktiyini deyib. Bill Geytsin bu hərəkəti bəzi mütəxəssislər tərəfindən də m...