12.08.2019

İran neftdən aslılığı yox etmək istəyir

İranın büdcə quruluşunda yeni islahatlar gəlirlərin neft daxilolmalarından birbaşa asılılığına tam olaraq son qoymağa yönəlib.

«Mehr»ə istinadən xəbər verilir ki, bunu İranın Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Baker Novbəxt 20 mart 2020-ci ildə başlayacaq növbəti İran maliyyə ili üçün büdcə quruluşunun hazırlanmasına dair ilk sessiyanın iclası zamanı deyib.

«Sanksiyalarla əlaqədar çətin dövrləri nəzərə alsaq, büdcə ehtiyatlarının əhəmiyyətli bir hissəsini itirəcəyik; buna görə, gələn ilin büdcə islahatlarının neft gəlirlərindən birbaşa asılılığı sıfıra endirəcəyinə əmin olmaq lazımdır», — deyə o, qeyd edib.

Noubəxt əlavə edib ki, hətta sanksiyalarsız adi şəraitdə belə İrana əvvəlki kimi neft gəlirlərindən asılılığı azaltmaq lazımdır.

«İlk dəfə olaraq ölkənin büdcə strukturunda islahatlar yolunda vacib bir addım atdıq», — deyə o bildirib.

Mənbə report.az


Digər xəbərlər


Halsızsınızsa diqqətli olun! yeni adı bəlli olmayan xəstəlik yayılıb

«Biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər», — pediatr Vaqif Qarayev...

"Azərsu" ASC-nin su borularını oğurlayıblar

«Azərsu» ASC-nin su boruları oğurlanıb. Hadisə Qaradağ rayonunda baş verib. ASC-dən Qaradağ Rayon Polis İdarəsinə daxil olan mür...

Cəbrayıllı həkimlər məcburi köçkünləri pulsuz müayinə edir

Bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür.  İşğal günü ilə əlaqədar Cəbrayıldan ol...

Misir ev heyvanları üçün otel açıb

Misirin tanınmış Hurqada kurort şəhərində ev heyvanları üçün ilk otel açılıb. Yerli KİV-ə istinadla xəbər verilir ki, yeni otel turistlərin özləri...