10.08.2019

İran və Azərbaycan birgə fond yaradır

İran ilə Azərbaycan sığorta sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək və birgə investisiya fondu yaradacaqlar.

Bu sözləri İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd mətbuata verdiyi açıqlamasında deyib.

Nazir bildirib ki, bu gün İran ilə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulması üçün imkan yaradır.

O diqqətə çatdırıb ki, sığorta sahəsində əməkdaşlıq əlaqələrinin qurulması vətəndaşların və şirkətlərin iş qurmaq istəklərinə köməklik göstərəcək. Onların əmlakı və maliyyə vəsaitlərinə dövlətlər zəmanət verəcək. Bu isə qarşılıqlı sərmayələrin qoyuluşunu artıracaq.

F.Dejpəsənd nəqliyyat sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. Qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi davam edir. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir.

Onun sözlərinə görə, qarşıdakı iki ildə Rəşt-Astara yolunun tikintisi başa çatacaq və İran ilə Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu dəmir yolunun istifadəyə verilməsi ilə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına əsaslı təkan veriləcək.

İranlı nazir onu da bildirib ki, dövlətlər arasında birgə beynəlxalq investisiya fondunun yaradılması məsələsi də müzakirə edilir.

Mənbə axar.az


Digər xəbərlər


Bu xidmət də ASAN Xidmət-ə verilir

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir. Bunu Oxu.az-a ...

“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...