11.08.2019

İran yenə öz ampulasında — İstehsal etdiyi “ağıllı” bombaları təqdim edib

İranın Müdafiə Nazirliyində “Yasin” və “Balaban” adlı iki yeni “ağıllı” bombanın təqdimatı keçirilib.

Təqdimat mərasimində İranın Müdafiə naziri general Əmir Xatəmi də iştirak edib. O bildirib ki, sırf İran istehsalı olan yeni bombalar 50 kilometrdən də uzaq məsafədəki hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir. İdarə olunan bombalar istənilən hava şəraitində işə salına bilər.

Nazir bəyan edib ki, İran təhlükəsizliyini təmin etmək istiqamətində bütün zəruri addımları ataraq daha müasir silah-sursat istehsalını davam etdirəcək. Heç bir dövlət İranın hərbi qüdrəti qarşısında dayana bilməz. Rəsmi Tehran hərbi qüdrətini artmaqla bölgədə sabitliyi təmin etmiş olur.

Mərasimdən sonra yeni bombalar İran ordusunun müvafiq bölməsinə verilib.

Mənbə azertag.az


Digər xəbərlər


Halsızsınızsa diqqətli olun! yeni adı bəlli olmayan xəstəlik yayılıb

«Biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər», — pediatr Vaqif Qarayev...

"Azərsu" ASC-nin su borularını oğurlayıblar

«Azərsu» ASC-nin su boruları oğurlanıb. Hadisə Qaradağ rayonunda baş verib. ASC-dən Qaradağ Rayon Polis İdarəsinə daxil olan mür...

Cəbrayıllı həkimlər məcburi köçkünləri pulsuz müayinə edir

Bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür.  İşğal günü ilə əlaqədar Cəbrayıldan ol...

Misir ev heyvanları üçün otel açıb

Misirin tanınmış Hurqada kurort şəhərində ev heyvanları üçün ilk otel açılıb. Yerli KİV-ə istinadla xəbər verilir ki, yeni otel turistlərin özləri...