17.08.2019

İrana işləyən hərbi tərcüməçi ifşa edilib

Almaniyada hərbi tərcüməçiyə İrana işləməklə bağlı ittiham irəli sürülüb.

Xarici mediaya istinadən xəbər verir ki, Almaniya Federal prokurorluğu Almaniya və Əfqanıstan vətəndaşı sayılan bir şəxsin dövlətə xəyanət və dövlət sirri haqqında qanunları pozmaqda təqsirləndirildiyini bildirib.

Rəsmi məlumatda bəhs olunan vətəndaş şərti olaraq Əbdül Həmid S. adlandırılıb. O, bir neçə il Almaniya ordusunda tərcüməçi vəzifəsində çalışıb və hətta müşavir olaraq fəaliyyət göstərib.

Verilən məlumatlarda onun bu ilin yanvarın 15-də həbs olunduğu və təhlükəsizlik səbəblərindən indiyə qədər nəzarət altında saxlanıldığı qeyd olunur.

“Spiegel Online” saytının məlumatına görə, Əbdül Həmidin bir çox məxfi materiallara, o cümlədən Alman ordusunun Əfqanıstandakı missiyasına dair fayllara çıxışı olub.

Mənbə modern.az


Digər xəbərlər


Gürcüstanda azərbaycanlılar Nərimanovun adını daşıyacaq universitet açılmasını tələb edib

Gürcüstanın azərbaycanlı vətəndaşları ölkənin baş naziri Giorgi Qaxariaya müraciət hazırlayıblar. Sənəddə Gürcüstanda Azərbaycandilli kadrlar...

Dəfələrlə davalara səbəb olan “Oazis”i belə sökürlər - Foto

Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”də söküntü-bərpa işləri sürətlənib. Restoranın qapısı birdəfəlik qapadılıb. Sentyabrın 2-də res...

Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək Son zamanlar cəmiyyətdə ən çox müzak...

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzilləri təhvil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, “Göy Qurşağı” kompleksindən 2...