01.08.2019

Tiflis şəxsi maraqlarına görə Bakını necə satır? — Şərh

Gürcüstanda dizel yanacağı standartı məsələsində rusiyayönlü dairələrin imzası müşahidə edilir.

Bu sözləri açıqlamasında gürcü politoloq Gela Vasadze deyib.

“Görünür, Rusiya biznesinin Gürcüstanda maraqları o qədər böyükdür ki, sol əlinin etdiyini sağ əlinin bilmədiyi hakimiyyət Azərbaycanla əməkdaşlığı zərbə altında qoymaq bahasına ona proteksionist dəstək göstərmək qərarı verib. Kimsə kiminləsə nəsə barədə razılaşıb və öz maraqlarına sahibdir”, – deyə o bildirib.

Vasadzenin sözlərinə görə, bu yeni tənzimləmə 2020-ci ildə yox, bir qədər gec tətbiq olunsaydı belə Gürcüstanın Avropa Birliyinə bundan sonrakı inteqrasiyasına heç bir zərər dəyməyəcəkdi:

“Brüssel bu məsələdə bir neçə il də gözləyə bilərdi və bu onun üçün kritik olmayacaqdı. Heç kim Tiflisi nəyəsə məcbur etməyəcəkdi. Görünən odur ki, bu, daha çox siyasi qərardır”.

Bakı ilə normal kommunikasiyanın olmamasından bəhs edən Vasadze Gürcüstanın növbəti hökumətinin bunun üzərində daha çox çalışmalı olacağını bildirib.

Qeyd edək ki, Gürcüstan 2020-ci ilin yanvarın 1-dən dizel yanacağıyla bağlı yeni standartlar müəyyən edib. Yeni tənzimləmələrə əsasən, Gürcüstanda Avro-4 dizel yanacağı Avro-5 dizel yanacağıyla əvəzlənəcək.

Ölkə mətbuatı və ekspertlər isə artıq bu qərara qarşı çıxıblar. Onların fikrincə, bu qərar sayəsində ölkənin dizel yanacağına olan tələbatının 40%-ni təmin edən Azərbaycan şirkətləri Rusiya şirkətləriylə əvəzlənəcək. Belə ki, Azərbaycanda Avro-5 standartıyla istehsal 2021-ci ildə başlayacaq.

Mənbə axar.az


Digər xəbərlər


Qüds qırmızı xəttimizdir - Türkiyədən ABŞ və İsarilə bəyanat

Donald Trampın «Yüz ilin razılaşması» planına daha bir sərt reaksiya Türkiyədən gəlib. Gülüstan.info xəbər verir ki, Türkiyə Xarici İşlə...

Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Gülüstan.info xəbər verir ki, bu barə...

Tramp sülh razılaşması adlandırdı, fələstinlilər etiraza başladı

ABŞ prezidenti Donald Tramp «Yüz ilin razılaşması» dedi, fələstinlilər etiraz üçün küçələrə çıxdı Gülüstan.info xəbər verir ki, ABŞ prez...

Əli Əsədov Artur Rəsizadənin qərarını ləğv etdi

Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiq edib. Gülüstan.info xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Ə...